Vaqif Cavadovun köməkçiləri müəyyənləşdi

11-01-2025, 08:24           
Vaqif Cavadovun köməkçiləri müəyyənləşdi
"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun köməkçiləri müəyyənləşib.

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssisə Şahin Abdullayev və uzun illər komandanın kapitanlıq sarğısını daşımış Vurğun Hüseynov kömək edəcək.

Qapıçılar üzrə məşqçi vəzifəsini Emil Babayev icra edəcək. Komandanın fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez Bernat olacaq.

Qeyd edək ki, V.Cavadov yanvarın 8-də "gənclik şəhəri" təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru