Maduro üçüncü dəfə Venesuela prezidenti oldu

Bu gün, 11:44           
Maduro üçüncü dəfə Venesuela prezidenti oldu
Nikolas Maduro Moros üçüncü dəfə Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Maduro Karakasda, ölkə parlamentində and içib.
Onu ölkənin birinci xanımı Silia Flores müşayiət edib. Yeni müddətdə Maduro 2031-ci ilə qədər Prezident vəzifəsini tutacaq.
Xatırladaq ki, Maduro ötən il iyulun 28-də keçirilən prezident seçkilərində qalib gəlib. Seçicilərin 51,95 %-i ona səs verib. Onun əsas rəqibi Edmundo Qonzales Urrutia seçicilərin 43,18 %-nin dəstəyini qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.