“Alfa” platformasında qaz hasilatı dayanıb - Ekspert səbəbi açıqladı

11-01-2025, 10:24           
“Alfa” platformasında qaz hasilatı dayanıb -
“Bulgartransgaz” şirkətinin yaydığı məlumata görə, TAP-la Azərbaycandan verilən qaz həcmləri gündəlik olaraq 5,5 mln. m3 azalıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Neft-qaz sahəsi üzrə ekspert İlham Şaban bunun səbəbini açıqlayıb: “BP şirkətindən aldığım məlumata görə, hasilat platformalarında heç bir problem yoxdur. Konsorsium “Alfa” platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşibmiş. Bu səbəbdən də “Alfa” platforması müvəqqəti dayandırılıb. Ən əsası boruda heç bir sızma baş verməyib, platformadakı qurğular üçün hansısa təhlükə yaranmadığı vurğulanır”.

Ekspert xatırladır ki, Bolqarıstan şirkəti Azərbaycan tərəfdən bununla bağlı xəbərdar edildiklərini və qaz çatışmazlığını aradan qaldırmaq üçün BOTAŞ-dan Türkiyə üzərindən müvafiq həcmdə qaz aldığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru