Ermənistanda fərarilik kütləvi hal alıb

25-10-2020, 09:48           
Ermənistanda fərarilik kütləvi hal alıb
Ermənistanda hərbi səfərbərlikdən yayınmaq üçün müxtəlif yollarla koronavirusa (COVID-19) yoluxmanı təsdiq edən saxta arayiş əldə edənlərin sayı kütləvi hal alıb.

Yenisabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxta yolla özünü koronavirus xəstəliyinə "yoluxdurmuş" çağırış yaşına çatan bir vətəndaşı saxlayıb.

İstintaq zamanı məlum olub ki, həmin vətəndaşın atası tibb mərkəzlərindən biri ilə “işbirliyi”nə girərək oğluna koronavirus xəstəsi olduğunu əks etdirən saxta arayiş alıb.

Bu yolla hərbi xidmətdən yayınan, fərarilik edən şəxsin saxlanılması laboratoriya əməkdaşlarının cinayət əməlini üzə çıxarıb. Tibbi personal pul qarşılığında virusa yoluxmuş digər pasientlərin analizləri əsasında həmin çağırışçı üçün saxta sənəd tərtib edib.

Saxtakarlığa əl atan şəxslər, eləcə də tibb mərkəzinin işçiləri nəzarət altına alınıb. Ermənistan MTX bu kimi halların kütləvi şəkildə mümkünlüyü nəzərə alınaraq, istintaq hərəkətlərini davam etdirdiyi bildirilib.

Bu faktın özü də onu deməyə əsas verir ki, Azərbaycan Ordusunun real gücünü görən Ermənistan gəncləri hərbi xidmətdən yayınmaq üçün bütün vasitələrə əl atır, kütləvi surətdə fərarilik edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.