Rəşid Rzayevin Xətai məhkəməsində son şəbəkə saxtalığı
Bu gün, 15:41

Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli və 21.06.2011-ci il tarixli 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə sahibkarlıq amacı ilə verilən Nizami r-nu, Bəhruz Nuriyev-10A ünvanındakı əvvəllər 25 saylı Nizami Dairə Seçki Komissiyasının yerləşdiyi otaqları borclular ƏMDX, Nizami RİH 17-ci ildir cinayətkar saxtalıqla əvvəlcə həmin ünvandakı bankın, bank bunu yalanlayanda 9 yaşlı Hüseynov Aydın Bəxtiyar oğlunun, 2021-ci ildə ata adı olmayan Türkiyə vətəndaşı Kerem Sezerin adına sənədləşdiriblər.
Qətnamələri icra etməyə borclu olan ƏN-in Xətai və Nizami icra şöbələri isə 17-ci ildir heç bir icra hərəkəti etmir, əksinə tələbkar Qarabağ qazisinə icranı tələb etdiyinə görə qeyri-prosessual basqılar, işgəncələr verdirirlər. Bu qeyri-prosessuallıqda qətnamələri çıxaran Xətai məhkəməsinin rolu da böyükdür. Özbaşınalığa baxən, Xətai məhkəməsi nəinki qəbul etdiyi qətnamənin ictasını təmin edir, heç məhkəmə qərarını icraya belə yönəltmir.
10.06.2025-ci ildə tələbkar kimi borclular Nizami RİH və ƏMDX-ya qarşı Xətai məhkəməsinə ərizə verən Qarabağ qazisinin ərizəsi elektron sistemdə “tələbkar-borclu(lar)” şəklində qeydə alınıb, amma işin mahiyyəti göstərilməyib. Tələbkar 16 ildir çıxarılan, lakin icra olunmayan 2 məhkəmə qətnaməsinin yenidən icraya yönəldilməsi barədə ərizəsi üzrə hakim Sahibə Hacıyevanın prosessual hərəkətlərini 15 gün gözləyib. 25.06.2025-ci ildə isə hakimin yekun məhkəmə aktı ilə icraatdan “məhkəmədə baxılmalı deyildirsə” əsası ilə imtina etdiyi barədə məlumat elektron sistemdə yerləşdirilib. Və ... növbəti şəbəkə cinayəti ilə üzləşən tələbkar Qarabağ qazisi bu cinayətin başında məhkəmə sədrinin durduğunu ali dövlət hakimiyyəti orqanlarına, Məhkəmə Hüquq Şurasının ( MHŞ) sədrinə məktublarla açıqlayıb. Şəbəkə cinayətinin sübutu odur ki, kabinetdə tərəflər iddiaçı- cavabdeh(lər) kimi dəyişdirilib. Bu saxtalığı isə hakim özbaşına edə bilməz, bunu məhkəmə sədrinə sifarişlə ediblər. Rəşid Rzayev məhkəmə qərarlarının icrasına saxtalıqla qadağa qoymaqda ustadır. Yəqin fikirləşib ki, onsuz da sədrlikdən KM-ə hakim gedir, son saxtalığından yararlansın, ikiqat “qabağa düşsün.”. Yasamal məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə qarşı iddia tələbini saxtalaşdırıb, tələb hissəni silmişdi, Xətai məhkəməsi isə tərəflərin statusunu şəbəkə cinayəti ilə saxtalaşdırıb. “Elektron məhkəmə” sistemində şəxsi kabinetə belə kobud müdaxilə şəbəkə cinayətləri kateqoriyasına aiddir. Hələ ki, MHŞ, hüquq mühafizə orqanları, Ədliyyə Nazirliyi susur...
Şəbəkə cinayəti, icraya, sahibkarlıq hüququna qadağa cinayəti isə sürməkdədir. 17-ci ildir...
Məğrur BƏDƏLSOY
Hurriyet.az

