Polşa Rusiyaya NOTA VERDİ

5-07-2025, 10:34           
Polşa Rusiyaya NOTA VERDİ
Polşa Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə nota göndərib.
Ajans.az xəbər verir ki, rəsmi Varşava Moskva hakimiyyətini Polşanın Kiyevdəki səfirliyinə ziyan vurmaqda ittiham edib.

Qeyd edək ki, Polşa səfirliyinin Rusiyanın hava hücumundan zərər gördüyü bildirilir.

Bu barədə nazir Radoslav Sikorskinin verdiyi açıqlamada bildirilib.

O, ABŞ Prezidentinə müraciətlə deyib: "Prezident Tramp, Putin sizin sülh səylərinizi ələ salır. Zəhmət olmasa, Ukraynaya zenit-raket komplekslərinin tədarükünü bərpa edin və təcavüzkara qarşı sərt sanksiyalar tətbiq edin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru