"Putinin dostu" və Qod Nisanov hədəfdədir?: - Baş prokurora müraciət

Bu gün, 15:47           
"Putinin dostu" və Qod Nisanov hədəfdədir?: -
Rusiya Dövlət Dumasındakı “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının fraksiya rəhbəri və partiya sədri Sergey Mironov ölkənin Baş prokuroru İqor Krasnova müraciət edib.

“Yeni sabah” xəbər verir ki, bu haqda RIA Novosti xəbər yayıb.

Müraciətdə bildirilir ki, ölkə üzrə azsaylı xalqlar diasporalarının və onlarla əlaqəli qurumların fəaliyyətinə kompleks şəkildə hüquqi baxış keçirilməlidir. Xüsusilə də Moskvada yerləşən və Azərbaycanın diaspor təşkilatları ilə əlaqəli olduğu bildirilən ən iri ticarət obyektləri — “Sadovod” və “Food City” bazarları yoxlanılacaq. Dördpendirli pizza

Qeyd edək ki, bundan öncə Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin sədri Andrey Klişas da etnik diasporların Rusiya qanunvericiliyinə riayət etməli olduğunu bəyan etmişdi. O bildirmişdi ki, əks halda belə birliklərin nümayəndələri cəzaçəkmə müəssisələri ilə yaxından tanış olacaqlar.

Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy isə daha sərt fikir bildirib. Onun sözlərinə görə, müxtəlif etnik birliklər, diasporlar və həmyerlilik cəmiyyətləri kriminal mafioz qruplardan fərqlənmir.

Qeyd edək ki, “Sadovod” və “Food City” bazarları azərbaycanlı iş adamları Qod Nisanov və İlham Rəhimova məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.