Apple reklamlarında saat niyə həmişə 09:41-i göstərir?

5-07-2025, 15:34           
Apple reklamlarında saat niyə həmişə 09:41-i göstərir?
Apple cihazlarının təqdimat və reklamlarında bir detala həmişə rast gəlmək olur: iPhone və iPad modellərində ekran saatı 09:41-ə ayarlanır. Foodinfo.az bildirir ki, bu təsadüfi deyil, şirkətin illərdir davam etdirdiyi simvolik və strateji yanaşmadır.
İqtisadiyyat.az xarici mediaya istinadla xəbər verir ki, Apple-ın proqram təminatı şöbəsinin keçmiş rəhbəri Skott Forstall bu detalın səbəbini belə izah edib:" Şirkət yeni məhsullarını təqdimatların təxminən 40-cı dəqiqəsində təqdim etməyi planlaşdırır. Saatın 09:41 olaraq seçilməsi də əsasən buna uyğundur" .

İlk iPhone-un təqdimatının isə 09:42-də baş verdiyi məlumdur. Steve Jobs təqdimat zamanı vaxtdan bir qədər geri qalaraq cihaza 1 dəqiqə gec çatmışdı. Bu səbəbdən də bir neçə il ərzində iPhone reklamlarında saat 09:42 göstərilmişdi.

Ancaq 2010-cu ildə təqdim olunan ilk iPad modelində hər şey plan üzrə getdi. Jobs cihazı məhz 09:41-də təqdim etdi. O vaxtdan etibarən bütün reklam və təqdimatlarda saat bu zamana uyğunlaşdırıldı.

Apple-ın bu qərarı həm marka vizual bütövlüyü, həm də nostalji yanaşması ilə əlaqələndirilir. Bu gün də keçirilən bütün tədbirlərdə Apple məhsullarının ekranında 09:41 yazılması bu ənənənin davam etdiyini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru