Xamenei 25 gündür ictimaiyyət qarşısında görünmür – Varis axtarışı başlayıb

5-07-2025, 11:38           
Xamenei 25 gündür ictimaiyyət qarşısında görünmür –
İranın ali lideri Əli Xamenei artıq 25 gündür ki, ictimai tədbirlərdə iştirak etmir və yalnız iki video müraciət yayımlayıb. Onun mühüm dini matəm mərasimlərində belə iştirak etməməsi ölkədə narahatlıq və suallar doğurur. İddialara görə, o, İsrailin İranın nüvə obyektlərinə hücumlarından sonra bunkerdə gizlənib.
İsrailin 13 iyunda başladığı hücumlar nəticəsində Fordo, İsfahan və Natanz kimi əsas nüvə obyektləri bombalanıb. ABŞ da 12 günlük bu hərbi əməliyyatlara qatılıb. Hazırda Qətərin vasitəçiliyi ilə atəşkəs əldə olunub.
İran üzrə ekspert Əli Fəthullah-Nejad bildirib ki, bu müharibə Xameneidən sonrakı dövrün başlanğıcıdır. Onun sözlərinə görə, Xamenei fiziki və psixoloji baxımdan artıq ölkəni idarə edə bilmir və rejim daxilində varis axtarışı gedir.
Sarvan Səmədoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru