Plastikdən daha möhkəm, viruslar üçün isə ölümcül material hazırlandı

5-07-2025, 12:21           
Plastikdən daha möhkəm, viruslar üçün isə ölümcül material hazırlandı
Alimlər tropik bitki olan luffadan ilhamlanaraq yeni bir süni polimer material hazırlayıblar. Bu material adi plastikdən dörd dəfə möhkəmdir, həmçinin virusları məhv edə bilir.

Bu barədə nüfuzlu "Science" jurnalında məqalə dərc olunub.

Ekspertlərin fikrincə bu, elektronika, tikinti və tibb sahələrində əsl inqilab vəd edir.

"Yeni polimerin quruluşu luffadan hazırlanan təbii süngərə bənzəyir. Quruduqda bərk, nəmləndikdə isə elastik olur. Quruluşuna görə mayeni rahatlıqla keçirir, amma bakteriya və virusları bloklayıb məhv edir", - deyə alimlər vurğulayıblar.

Yeni material aşağı sıxlığa malik olsa da, çox yüksək təzyiqə dözə bilir. Hətta o, penoplastdan daha yüngül olmasına baxmayaraq plastikdən 4 dəfə möhkəmdir.

Polimer rezorsin, aldehid, saf su və elektrik cərəyanı ilə heç bir əlavə mexaniki emal olmadan əldə olunur. Bu maddələr öz-özünə nazik, süngərəbənzər bir membran formalaşdırır.

Mütəxəssislər onu elektron qurğular, tibb avadanlıqları, yüngül, lakin dayanıqlı tikinti materiallarının hazırlanmasında istifadə oluna biləcəyini deyirlər. Materialın istənilən səthə tətbiq edilə bilməsi də əlavə üstünlükdür. Bu, onun möhkəmliyini artırır.

"Biz təsadüfən təbiətdəki süngərə çox bənzəyən, amma daha funksional bir material əldə etdik. Bu, gələcəyin yüngül və davamlı texnologiyaları üçün əsas olacaq," - deyə tədqiqatçılar bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru