"Çelsi" klublararası dünya çempionatının ikinci yarımfinalçısı olub- VİDEO

5-07-2025, 12:47           
"Çelsi" klublararası dünya çempionatının ikinci yarımfinalçısı olub- VİDEO
İngiltərənin "Çelsi" klubu ABŞ-də keçirilən klublararası dünya çempionatının ikinci yarımfinalçısı olub.

Oxu.Az xəbər verir ki, London klubu dörddəbir final matçında gərgin mübarizədə Braziliyanın "Palmeyras" komandasını 2:1 hesabı ilə məğlub edib.

"Çelsi" birinci hissənin gedişatında üstünlüklə oynayıb və bu üstünlüyünü Koul Palmerin fərdi keçidi və uzaq küncdən vurduğu qolla reallaşdırıb.

Lakin ikinci hissədə Abel Ferreyranın yetirmələri oyunu ciddi şəkildə dəyişə biliblər və tezliklə "Palmeyras"ın hücumçusu Estevao (o, turnirdən sonra məhz "Çelsi"yə keçəcək - red.) cərimə meydançasında topu qəbul edərək qapıya vurub, bərabərliyi bərpa edib.

Matç əlavə vaxta gedəcək kimi görünəndə "Çelsi" təzyiq göstərə bilib, bir neçə künc zərbəsi qazanıb. Malo Güstonun ötürməsi braziliyalıların qapıçısı Vevertonun diqqətini yayındırıb və top qapıya daxil olub.

"Çelsi" üstünlüyünü qoruyub və 2023-cü ildəki klublararası dünya çempionatının final matçının hesabını təkrarlayıb. "Çelsi" o zaman da "Palmeyras"ı məğlub etmişdi, lakin əlavə vaxtda. Entso Mareskanın komandası yarımfinalda Braziliyanın digər klubu - "Fluminense" ilə qarşılaşacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru