“Düşmənin Qarabağ ərazisindəki raket kompleksləri sürətlə məhv edilir” - ekspert

30-10-2020, 11:09           
 “Düşmənin Qarabağ ərazisindəki raket kompleksləri sürətlə məhv edilir” - ekspert
Azərbaycan ordusunun işğaldakı torpaqlarımızdakı düşmən texnikasını, eləcə də onun zenit-raket komplekslərini intensiv şəkildə məhv etdiyi, düşmənin canlı qüvvəsi ilə yanaşı, texnikasına da ciddi ziyan vurduğu məlumdur.

Bəs məhv edilən çoxsaylı düşmən texnikası fonunda yeni raket komplekslərinin peydə olması nə ilə bağlıdır? Bu, Ermənistana mütəmadi surətdə yeni silahların verilməsinin göstəricisidir, yoxsa məsələnin arxasında fərqli nüanslar dayanır?

Moderator.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev, Azərbaycan ordusunun Qarabağdakı düşmən raket sistemlərinin önəmli bir hissəsini məhv etdiyini vurğuladı:

“Ermənilər hərbi qarşıdurmaya uzun illər ərzində hazırlaşıblar. Özlərinə silah-sursat tədarükü görüblər. Hansı ki, Azərbaycan ordusu bu cür sistemləri aşkar etdikcə məhv edir.

Söhbət hava hücumundan müdafiə komplekslərindən gedirsə, bu o deməkdir ki, onun tərkibinə bir neçə element daxildir. Elə zenit-raket kompleksi var ki, onun bütün elementləri bir maşında toplaşır. Yəni həm radiolakasiyası, həm radarı, həm də atıcı qurğu bir maşının üstündə yerləşir. Bəzi zenit-raket komplekslərində isə bu elementlər ayrı-ayrı maşınlarda yerləşir. Yəni idarəetmə maşını ayrı olur, rasdiolokasiya ayrı olur və s. Hansı ki, “S-300” və böyük komplekslərdə bunu görmək mümkündür. Biz deyəndə ki, düşmənin atıcı qurğusunu vurmuşuq, bu, o deməkdir ki, kompleksin bir maşını vurulub.

Azərbaycan ordusu Qarabağda aşkarladığı zenit-raket kompölekslərini müvəffəqiyyətlə məhv edir. Ermənistan ərazisində isə hələ də bu cür komplekslər mövcuddur. Qarabağ ərazisində isə düşmənin raket kompleksləri sürətlə məhv edilir. Əgər biz onları vurmasaydıq, o zaman bizim aviasiyamız, PUA-larımız bu qədər rahatlıqla hərəkət edə bilməzdi”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.