Yaponiyada uzunömürlülərin sayı rekord həddə çatıb

Bu gün, 11:27           
Yaponiyada uzunömürlülərin sayı rekord həddə çatıb
15 sentyabr Yaponiyada yaşlılara hörmət günü kimi qeyd olunur.

Bayramdan əvvəl Səhiyyə Nazirliyi ölkədə 100-dən çox yaşı olan şəxslərin sayının rekord 99 763 nəfərə çatdığını elan edib.

Statistika əhalinin qeydiyyat sistemi məlumatları əsasında hazırlanıb. Məlumata görə, Yaponiyada 100-dən çox yaşı olan insanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 644 nəfər artaraq yeni rekord təşkil edib. Onlar arasında 87 784 qadın var ki, bu da ümumi sayın təxminən 88%-ni təşkil edir.

Hazırda ölkənin ən yaşlı sakini 114 yaşlı Siqeko Kaqavadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru