Fransa və İranın ermənipərəst mövqeyi onların iç üzünü bir daha göstərdi - İsrafil Kərimovun yazısı

28-11-2022, 17:58           
Fransa və İranın ermənipərəst mövqeyi onların iç üzünü bir daha göstərdi -
Noyabrın 25-də Bakıda, ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilib. Konfransda ölkə başçısı geniş çıxış edərək bir sıra məqamlara toxunub, region ölkələri və reguondan kənarda olan ölkələr haqqında mühüm mesajlar verib.
Belə ki, ilkin olaraq Fransa ilə əlaqələrə yenidən münasibət bildirildi və qeyd olundu ki, o münasibəti ki, Fransa Azərbaycana qarşı sərgiləyir bundan sonra ümumiyyətlə, Fransanın hansısa formada regionda baş verən proseslərdə iştirakı mümkün olmayacaq. Bu da ilk növbədə Fransanın öz günahıdır.
Bu il oktyabrın 6-da Praqada keçirilən görüşdən cəmi bir həftə sonra Fransa Prezidenti Makron öz müsahibəsində Azərbaycana hücum edərək Azərbaycanı bir sıra məsələlərdə günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Bunun ardınca Fransanın Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb.
Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, bunu yalnız Fransa edib, özü də açıq şəkildə.
Cənab Prezident həm də son vaxtlarda İranla bağlı yaranan problemlərdən danışıb. İranın son iki il ərzində aktiv şəkildə Azərbaycana qarşı göstərdiyi mövqe nə din, nə mədəni, nə də ki, tarixi oratqlığımıza sığmır. İranın əzələ nümayişi isə açıq aşkar təhdid xarakteri daşıyırdı. Belə olan halda Azərbaycana da bu münasibətə layiqli cavab verdi. Bununla da Azərbaycan kimdənsə və ya nədənsə qorxmadığını bir daha sübut etdi. Ümumiyyətlə, Azərbaycan II Qarabağ müharibəsindən sonra regionda yeni sülh şəraitini bərqrar etdi, yeni əməkdaşlıq platformaları təklif etdi. Azərbaycan daim qonşuları ilə mehriban münasibətlərin qurulmasını, qarşılıqlı etimadın yaradılmasını, daxili işlərə qarışmamaq və bütün ziddiyyətkəri diplomatik yolla həll olunmaaı prinsiplırini üstün tutub. Bu gün də bu prinsiplər Azərbaycan xarici siyasətinin əsasını təşkil edir. Ermənistanın işğalçı, riyakar siyasəti fonunda belə Azərbaycan qalib dövlət kimi ilkin olaraq sülhün əldə olunamasını təklif etdi. Yeni reallıqları nəzərə alaraq bölgədə həm siyasi həm də iqtisadi inkişafı nəzərdə tutan əməkdaşlığı təklif etdi. Lakin bu günə qədər Ermənistan tərəfindən bu istiqamətdə real addımların atılması gecikdirlir. Belə olan halda Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq lazım olan tədbirləri icra etmək hüququnu özündə saxlayır. Son günlər Ermənistanın artan təhdid ritorikası bir daha onu göstərir ki, Ermənistanın siyasi hakimiyyəti bölgədə birgəyaşayış formulunu qəbul etmək istəmir, sülh sazuşini imzalamqda zaman udmaq istəyir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.