Rusiyada yanacaq daşıyan maşın partlayıb, ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB

7-07-2019, 09:37           
Rusiyada yanacaq daşıyan maşın partlayıb, ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Rusiyanın Sverdlovski əyalətində Karpinsk-Kıtlım yolunun 44-cü kilometrində qəzaya düşən yanacaq daşıyan avtomobilin sürücüsünün sərxoş olduğu məlum olub.

APA xəbər verir ki, yerli KİV-in məlumatına görə, avtomobilin qəzaya düşməsi nəticəsində yaranan alovda 2-si kişi, 5-i qadın olmaqla ölənlərin sayı 7-yə çatıb.

Xəsarət alanlar təcili olaraq helikopterlə Ekaterinburqa çatdırılıblar.



****

02:50


Rusiyanın Sverdlovski əyalətində bədbəxt hadisə baş verib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, yanacaq daşıyan avtomovilin partlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi istiqamətində araşdırma aparılır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.