İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
25-04-2024, 16:08
“İnsanabənzər robot “Optimus” hələ də “Tesla”nın laboratoriyasında sınaqdan keçirilir, lakin gələn ilin sonunda buraxılmağa hazır ola bilər”.
Bu barədə “Tesla”nın baş direktoru İlon Maskın bəyanatına istinadən məlumat yayılıb.
“Tesla” dünyada potensial işçi çatışmazlığı və təkrarlanan tapşırıqları yerinə yetirmək üçün insanabənzər robotlar hazırlayan bir neçə şirkətdən biridir. Bu cür maşınlar logistika, anbar, pərakəndə satış və istehsal kimi sənayelərdə təhlükəli və ya adi işlərə cəlb oluna bilər.
Son telefon konfransı zamanı Mask investorlara 2024-cü ilin sonuna qədər “Optimus” robotlarının “Tesla” zavodunda bəzi vəzifələri yerinə yetirməyə başlaya biləcəyinə inandığını bildirib. Avtomobillərin 2025-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.
“Məncə, “Tesla” güclü tələbat və kütləvi istehsal perspektivi baxımından istənilən insanabənzər robot istehsalçısı arasında ən yaxşı mövqedədir”, - iş adamı investorlara deyib.
Qeyd olunur ki, insanabənzər robotlar hazırlayan şirkətlərə “Hyundai Motor” ilə tandemdə “Honda” və “Boston Dynamics” də daxildir. Bundan əlavə, “Fig” startapı 2024-cü ildə analoji planlarını açıqlayıb – şirkət avtomobil istehsalçısı “BMW” ilə əməkdaşlıq edərək insanabənzər robotlar hazırlamaq niyyətindədir.
Mənbə: Reuters