Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir

25-04-2024, 16:58           
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
Bu gün Ali Məhkəmədə Azərbaycan vətəndaşı Nelli Fabriçnayanın şikayətinə baxılacaq.

Moderator.az xəbər verir ki, Nelli Fabriçnaya ittiham üzrə özünü təqsirli bilmir, ona bəraət verilməsini istəyir.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

İstintaqın qənaətinə görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov “Avto Tranasyol”un baş direktoru olub.

Qeyd edək ki, İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O, iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.

Qeyd edək ki, Əfqan Zeynalovun hüquqlarını tanınmış vəkil İradə Cavadova müdafiə edir.

Onu da qeyd edək ki, Əfqan Zeynalov Birinci Qarabağ Müharibəsi veteranıdır. 44 Günlük Vətən savaşında isə orduya yardım kampaniyasında aktiv iştirak edib. Buna görə də Əfqan Zeynalova Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif təltiflər verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.