Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ

25-04-2024, 19:07           
Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ
Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

TEREF xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 25-də Fərid Bağırzadənin Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Fərid Bağırzadəyə həvalə edilib.

Fərid Bağırzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri idi.

Qeyd edək ki, Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bu gün muxtar respublikanın baş naziri təyin edilib.

modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru