İMİŞLİNİN YENİ İCRA BAŞCISI, KÖHNƏ İCRA BAŞCISININ ATASINA RƏHMƏT OXUTDURUR! VİDEO

25-04-2024, 15:29           
İMİŞLİNİN YENİ İCRA BAŞCISI, KÖHNƏ İCRA BAŞCISININ ATASINA RƏHMƏT OXUTDURUR!  VİDEO
İmişlidən bir fermer http://xn--biz-boyukmillet-lgg.com/ xəbər saytına müraciət edib.
Bizdən əvvəl demək olar ki bütün dövlət təşkilatlarına şifahi və yazılı şikayət edib.
Amma dərdinə əlac tapmayıb. Həmin fermer "Mərhəmət" fermer təsərrüfatının icraçı direktoru Mehtiyev İsmayıl İman oğludur.
O bildirir ki, 2003-cü ildən İmişli rayonunun Aranlı kəndi ərazisində Dövlət Torpaq Fonduna məxsus 250 hektar örüş sahəsi icarəyə götürüb.
Heyvandarlıqla məşğul olub. 2018-ci ildə icarə müqaviləsi yenilənərək müddət uzadılıb. Lakin rayona yeni təyin olunmuş icra başçısı Elçin Rzayev və ətrafı onun fəaliyyətinə hər vəchlə mane olmağa başlayıblar.

Deyirlər, icarə müqavilən əsassızdır. Halbuki 2003-2018-ci illər arası və ondan sonrakı illərdə də bu örüş sahəsinə görə fermer İsmayıl Mehtiyev tərəfindən dövlətə pul ödənilib. Bu barədə bank qəbzləri, haqq-hesab sənədləri var.
İllərlə bu torpaq sahələri örüş kimi istifadə olunub. İndi birdən-birə təyinatını dəyişdirmək fikrinə düşüblər.
Çünki icra başçısı Elçin bəy özünü xan hesab edir. Müavini Ruslan Məmmədovla birlikdə kefləri istədikləri kimi qərar qəbul edirlər.
Bir adam, dövlət orqanı da bunlara dayan demir. Heyvandarlıq üçün ayrılmış əraziləri əkinçiliyə yönəldir.
İş o yerə çatıb ki, İmişlidəki suvarma kanallarına müdaxilə etdirib suyun axınını örüş sahələrini buraxıb oraları batırıb təsərrüfata ziyan vururlar.
Nədənsə respublikanın heç bir baş idarəsi, nazirliyi və s. bunlara qarışmır. Axı cənab Prezident İlham Əliyev dəfələrlə sahibkarlara şərait yaradılmasının, onları həvəsləndirməyin əhəmiyyətini deyib, onların işinə yersiz müdaxilələrin, yoxlamaların qarşısının alınmasının vacibliyini bildirib.
Amma yerlərdə Elçin Rzayev, Ruslan Məmmədov və onların əl buyruqçuları öz qanunlarını işə salıblar.
O qədər harınlayıblar ki, kəndli sahibkarı, əli qabarlı adamları icra başçısının müavini Ruslan Məmmədov kimi məmurlar jurnalistlərin yanında hədələməkdən də çəkinmirlər.
Ruslan bəy fermer İsmayıla ultimatum verib ki, bir aya ərazini tərk et, onsuz da çıxardacayıq. Örüşün ətrafını artıq düyü əkinçilərinə verib. Elə onların əli ilə də "Mərhəmət" müəssisəsinə maneələr yaradır.
İsmayıl Mehtiyev xahiş edir ki, onun şikayətinə əlaqədar təşkilatlar, hüquq-mühafizə orqanları bir daha baxsınlar. Çünki rayon ərazisindəki müxtəlif idarələrin səlahiyyətli şəxsləri icra başçısının sözündən çıxmırlar və ya sadəcə ona qarşı hər hansı tədbir görməkdən çəkinirlər.
Bir neçə gün əvvəl boyukmillet.com olaraq İmişliyə getdik, şikayətçi İsmayıl Mehtiyevi dinlədik, təsərrüfatına baxış keçirdik. İcra hakimiyyətinin qarşısında gileyli adamların çoxluğu diqqətimizi cəlb etdi.
Çox insan hətta korrupsiya ittihamı ilə həbs olunmuş sabiq icra başçısı Vilyam Hacıyevin hazırki rayon rəhbəri Elçin Rzayevdən insaflı olduğunu bildirir, onun ölənlərinə rəhmət oxuyurdular.
Bir sözlə, rayonun indiki durumu çox acınacaqlıdır. Bunun əsas səbəbkarı da heyvandarlıqla əkinçiliyi ayıra bilməyən, yaxud bunu istəməyən icra başçısı Elçin Rzayev və komandasıdır.
Dövlət başçısının tapşırıq və tövsiyələrini qulardına vuran İmişli icra başçısı əvvəl Əmlak Komitəsində, sonra isə Bakının Yasamal rayon İcra Hakimiyyətində birinci müavin postunu tutub.
Daha sonra İmişliyə təyinat alıb. Ölkəyə səs salmış korrupsiya qalmaqalından sonra kresloya oturmasına görə gözləmək olardı ki daha məsuliyyətlə işləyəcək, lap keçmişdə nə edibsə də indi heç olmasa gözü qorxar. Ancaq Elçin Rzayevin gözü doymur desək daha dəqiq olar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.