“Stimul Hospital” sertifikasiyadan keçməyən həkimləri işlədir - İLGİNC

25-04-2024, 18:37           
“Stimul Hospital” sertifikasiyadan keçməyən həkimləri işlədir - İLGİNC
Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlunun anasının ölümünə səbəb olan “Stimul Hospital”ın sertifikasiyadan keçməyən həkimlər çalışdırdığı üzə çıxıb.

Tribunainfo.az xəbər verir ki, bu səbəbdən hospital cərimələnib. Məlum olub ki, “Stimul Hospital” İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Belə ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Hospitalın işinə 1 may tarixində Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, jurnalist Fərahim İlqaroğlunun anası Bahar Muradova 18 mart tarixində aldığı müalicə ilə əlaqədar sistem vurdurmaq üçün “Stimul Hospital”a müraciət edib. Hospitalın tibb bacısı Mələk Abbasova B.Muradovanın temperaturu olmasına baxmayaraq ona sistem qoşub. Sistem altında olan zaman B.Muradova keçinib. Hospitalın həkimi İlham Hüseyn isə tibb bacısına kömək məqsədilə B.Muradovanın ölüm faktını gizlətməyə çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.