"Həyasızcasına təhrif edirlər" - Zaxarovadan Bakı-İrəvan açıqlaması

25-04-2024, 18:54           
"Həyasızcasına təhrif edirlər" -
Erməni mediası Rusiya rəhbərliyinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı sözlərini və hərəkətlərini həyasızcasına təhrif edir.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan öz ərazilərini geri qaytardı.

"Bu yalan bəyanatlar və saxtakarlıqlar erməni və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məhz Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, bunu bu ölkənin rəsmilərinin müvafiq sitatlarından da görmək olar.

Məhz bu bəyanatlara diqqət yetirmək lazımdır, nəinki erməni mediasının “doldurmasına” və “olmayan bir şey uydurma cəhdlərinə”, - Zaxarova əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.