Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - AKTUAL

25-04-2024, 19:04           
Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - AKTUAL
Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı ərazilərin delimitasiyası prosesi daha tez başlaya bilər ?

Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, digər istiqamətlər üzrə proses bir qədər vaxt alacaq:

"Artıq sərhədlərin Ermənistan və Azərbaycan arasında delimitasiyasına başlanılıb. Hesab edirəm ki, bu prosesin başlanğıcıdır. Bundan sonra delimitsiya prosesini digər istiqamətlər üzrə də davam edəcək. Təbii ki, yerdə qalan Qazaxın üç, Naxçınan Kərki kəndi ilə bağlı proses gələcəkdə baş verəcək. Ümumiyyətlə iki ölkə arasında sərhədlərin delimitsiya prosesinin işə başlaması onu göstərir ki, digər istiqamətlərdə də işlər başlaya bilər. Amma bunun qısa zamanda olacağını düşünmürəm. Çünki iki tərəfdə fərqli xəritələr təqdim edir. Bu proses sülh danışıqları və prosesindən sonra baş verəcək . Qazaxın 4 kəndlə bağlı delimitasıyasında kankret yer məlum idi. Amma digər istiqamətlər üzrə proses bir qədər vaxt alacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.