Medvedevin 24 yaşlı oğlunun erməni sevgilisinin FOTOLARI YAYILDI

11-11-2019, 16:54           
Medvedevin 24 yaşlı oğlunun erməni sevgilisinin FOTOLARI YAYILDI
Rusiya mətbuatında bu ölkənin Baş naziri Dmitri Medvedevin 24 yaşlı oğlu - İlya Medvedevin şəxsi həyatı ilə bağlı məlumatlar yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, Baş nazirin 24 yaşlı oğlunun özündən bir yaş böyük - 25 yaşlı erməni əsilli Yana Qriqoryanla yaxın münasibətləri var.
Mətbuatın yazdığına görə, İlya Medvedev Yana Qriqoryanı ailə üzvlərilə də tanış edib. Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun tələbəsi olan Yana Qriqoryanın Dmitri Medvedevin həyat yoldaşı Svetlana ilə birgə fotoları da yayılıb.
Yana Qriqoryanın varlı ailədən olduğu və 2016-cı ildə erməni dilinin problemlərilə bağlı namizədlik dissertasiyası müdafiə etdiyi bildirilir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.