Trampla ən çox telefon danışığı aparan prezident – “Ağ Evin belə diqqətini çəkib”

30-06-2020, 17:32           
Trampla ən çox telefon danışığı aparan prezident –
Tanınmış ABŞ-lı jurnalist Karl Brensteyn Donald Trampın apardığı telefon danışıqları barədə sənəd yayımlayıb.

Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, araşdırmaçı jurnalist Karl Brensteyn Trampın ən çox telefon danışığı apardığı şəxsin Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan olduğunu bildirilib. Hər iki lider telefon danışığı apararkən Trampın ABŞ-ın keçmiş prezidentləri tənqid etdiyi məlum olub. Yayımlanan sənədlərdə Trampın Almaniya kansleri Angela Merkelə “axmaq” dediyi, bir çox müttəfiqini isə təhqir etdiyi qeyd edilib. Araşdırmada bildirilib ki, Tramp bir neçə dəfə Putin və Ərdoğanla hazırlıqsız telefon danışığına çıxıb və bəzi şərtləri məcbur qəbul etməli olub. Hətta, Ağ Ev rəsmiləri həmin halların ABŞ üçün kifayət qədər təhlükəli olması barəsində xəbərdarlıq ediblər.

Yeni yayımlana araşdırma sənədlərində bildirilib ki, Ərdoğanın hansı vaxtlarda Trampla danışa biləcəyini dəqiq bilməsi hökumətin diqqət çəkmişdi. Ağ Ev rəsmiləri bunun, ABŞ-da fəaliyyət göstərən Türkiyə xüsusi xidmət orqanları əməkdaşlarının səyləri əsasında baş tutduğu qənaətinə gəliblər.

Bildirilib ki, bəzi hallarda Ərdoğan Trampa qolf oynayarkən zəng edirdi və söhbət bu vaxtlarda olduqca uzanırdı. Sənəddə ABŞ-ın Suriyadan çıxma qərarında Ərdoğanın telefon danışıqlarının təsirli olduğu da qeyd edilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.