Putin Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim etdi – Fotolar

23-11-2019, 00:01           
Putin Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim etdi – Fotolar
Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan əlaqələrinin inkişafı və möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

Putin Əliyevaya ordeni Novo-Oqaryovodakı iqamətgahında təqdim edib.

“Diqqətinizi bunun düşünülmüş bir qərar olduğuna yönəltmək istəyirəm. Ona görə yox ki, Siz Rusiyaya gəlmisiniz və Azərbaycanın yüksək vəzifəli şəxslərindən birisiniz. Bu, Sizin işiniz, fəaliyyətiniz, bu gün ali səviyyədə olan və çox yüksək qiymətləndirdiyimiz dövlətlərarası əlaqələri dəstəkləməyinizlə əlaqəlidir”, – deyə Putin bildirib.

Prezident əlavə edib ki, ordenin adı da Mehriban Əliyevanın Rusiya-Azərbaycan əlaqələri üçün gördüyü işlərə münasibəti ifadə edir.

Birinci vitse-prezident Vladimir Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf adlandırıb.

Qeyd edək ki, Rusiya prezidenti M.Əliyeva ilə söhbətində dekabrın 20-də Prezident İlham Əliyevlə Sankt-Peterburqda görüşəcəyini də bildirib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru