Bakıda yenidənqurma işləri görüləcək yerlər hansı ərazilərdir? - VİDEO

Bu gün, 11:44           
Bakıda yenidənqurma işləri görüləcək yerlər hansı ərazilərdir? - VİDEO
Bakıda bəzi ərazilər yenidən qurulacaq.

Baş nazirin imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. Sözügedən işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək İşçi qrupuna həvalə edilib.

Xezerxeber.az-ın xəbərinə görə, yenidənqurma işlərinin həyata keçiriləcəyi ərazidə yaşayan sakinlər bildirirlər ki, layihələndirilmə işləri ilə əlaqədar onlarla bir neçə dəfə görüş keçirilib və yaşayış yerlərinin ölçüsü götürülüb.

Sakinlər bildirirlər ki, quruculuq işləri çərçivəsində park salınması da məqsədəuyğun olar.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, şəhərsalma investisiya layihələri əsasında Bakı Şəhərinin Paş Planına əsasən bir sıra ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru