Moskvada antiAzərbaycan hərəkəti davam edir - Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bu gün, 15:18           
Moskvada antiAzərbaycan hərəkəti davam edir -
Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova vəzifəsindən azad edilib. O, bundan sonra qurumun yeni yaradılan Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı Xidmətinin rəis müavini vəzifəsin icra edəcək.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Xronika Kavkaz” Teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, o, bu vəzifəyə Rusiya Prezidenti Vladimir Putinin sərəncam ilə təyin olunub.

Məlumata görə, Kazakovanın bundan sonra DİN-də əsas qərarları qəbul etməsi gözlənilmir və onun fəaliyyəti daimi nəzarətdə olacaq.

Bildirilir ki, Kazakovaya miqrasiya sahəsindəki uğursuzluqlar, Azərbaycan diasporu ilə əlaqələri, eləcə də iş adamı Araz Ağalarovun restoranında qızının toyunu təşkil etməsi xatırladılıb.

Onun məhz Araz Ağalarovla sıx əlaqələrinin olması və Azərbaycan diasporu ilə yaxınlığı səbəbindən vəzifəsinin “vurulduğu” deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru