Tramp üçün təhlükə yarandı - "F-16"lar dərhal havaya qaldırıldı

Bu gün, 12:40           
Tramp üçün təhlükə yarandı - "F-16"lar dərhal havaya qaldırıldı
ABŞ Prezidenti Donald Tramp Bedminsterdə qolf oynadığı vaxt həyəcan siqnalı verilib.

Belə ki, prezidentin yerləşdiyi bölgənin üzərində uçuş qadağasını pozan altı kiçik özəl təyyarə panikaya səbəb oldu. Hadisə dərhal ciddi təhlükə kimi qiymətləndirilib və F-16 qırıcıları təcili kodla havaya qalxıb.

ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, təyyarələr Trampın olduğu ərazidə tətbiq edilən müvəqqəti uçuş qadağasını pozub.

Məlumata görə, F-16-ların müdaxiləsi ilə təyyarələrdən biri birbaşa qarşısı alınaraq saxlanılıb, digərləri isə bölgədən uzaqlaşdırılıb. Hava məkanı qısa müddətlik tam bağlanıb. FAA isə pilotlara NOTAM qaydalarına əməl etməklə bağlı rəsmi xəbərdarlıq edib.

Trampın Bedminsterdə yerləşdiyi qolf klubu artıq sadəcə lüks istirahət məkanı deyil, eyni zamanda “risk zonası” kimi dəyərləndirilir. Son aylarda hava məkanına icazəsiz girişlərin artdığı bildirilir. Hər dəfə eyni ssenari ilə təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilir. ABŞ Hərbi Hava Qüvvələri isə belə halların qarşısını almaq üçün TFR (Müvəqqəti Uçuş Qadağası) qaydalarının məcburi olduğunu bir daha vurğulayıb.

Hadisə Trampın yaxın günlərdə Böyük Britaniyaya səfəri ərəfəsində baş verib. Prezidentin London ziyarəti zamanı Vindsor qalasında Kral Çarlzla görüşü gözlənilir. Bu səbəbdən İngiltərədə də misilsiz təhlükəsizlik tədbirləri həyata keçirilir. Vindsor ətrafında milyonlarla funt sterlinq dəyərində təhlükəsizlik əməliyyatı işə salınıb. Xüsusi hazırlıqlı polis dəstələri bölgəni gecə-gündüz yoxlayır. Trampın gəlişi öncəsi Vindsor ərazisi demək olar ki, hərbi düşərgəyə çevrilib.

Aylarla davam edən hazırlıqlardan sonra reallaşacaq görüş diplomatik baxımdan önəmli olduğu qədər, təhlükəsizlik istiqamətində də “qırmızı alarm” səviyyəsində qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru