ABŞ radikal solçu təşkilatlara qarşı mübarizəni gücləndirəcək

Bu gün, 15:44           
ABŞ radikal solçu təşkilatlara qarşı mübarizəni gücləndirəcək
ABŞ hakimiyyəti ölkədə radikal solçu baxışlara malik və zorakılığı təşviq edən təşkilatlara qarşı resurslarını səfərbər edəcək.

32gun.az xəbər verir ki, bu barədə Ağ Ev Aparatının müavini Stiven Miller bildirib.

O qeyd edib ki, sui-qəsdə səbəb olan təşkilatlanmış kampaniyaya qarşı bütün tədbirlər görüləcək, terror şəbəkələrinin məhv edilməsi təmin olunacaq. Bunun üçün Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və digər dövlət qurumları fəaliyyətə cəlb olunacaq.

10 sentyabrda ABŞ-ın Yuta ştatında universitet kampusunda çıxış edən aktivist Çarli Kirk təxminən 800 metr məsafədən atəşə tutulub və xəstəxanada vəfat edib. Onun xatirəsinə 14 sentyabra qədər bütün dövlət bayraqları endiriləcək.

Sui-qəsddə şübhəli bilinən 22 yaşlı tələbə Tayler Robinson tutulub. O, atasının – polis işində 27 il çalışmış şəxsin – vasitəsilə polisə təhvil verilib. Məlum olub ki, Robinson Kirk-in siyasi baxışlarını bəyənməyib. Hadisə yerində təhrikedici yazılarla dolu patron qovanları aşkarlanıb.

ABŞ Prezidenti Donald Tramp sui-qəsdi törədən şəxsin ölüm cəzası ilə cəzalandırılacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru