Vətəndaşdan “Wolt”la bağlı şikayət: “Pul kartdan çıxıldı, amma sifariş çatmadı”
Bu gün, 12:54
Sosial şəbəkədə müştəri “Wolt” çatdırılma xidməti ilə bağlı narazılıq bildirib.
32gun.az xəbər verir ki, Mustafayev Elmir adlı vətəndaş qeyd edir ki, 20:22-də KFC Qara Qarayev filialından sifariş verib, lakin saat 22:41-ə qədər yemək ona çatdırılmayıb.
Onun sözlərinə görə, sifarişi daşımalı olan kuryer Zığ ərazisində evində olub və sifarişi gətirməyib. Müştəri əlavə edib ki, xidmətin dəstək xəttinə müraciət etsə də, cavab ala bilməyib:
“Pulumu dərhal kartdan çıxıblar, amma sifariş çatdırılmadı. Belə özbaşınalıq olar? Kimə deyək dərdimizi? İnsanların cibinə, əsəbinə zərər vururlar”, – deyə o bildirib.