Qadın kişiyə komplimentə görə bıçaq və "şvabra" ilə hücum edib - Bu ölkədə

Bu gün, 15:24           
Qadın kişiyə komplimentə görə bıçaq və "şvabra" ilə hücum edib -
Kemerovo sakini olan 36 yaşlı qadın tanışına bıçaq və mop (döşəmə silmək üçün şvabra) ilə hücum etdiyi üçün məhkəmə tərəfindən cəza alıb.

32gun.az xəbər verir ki, bu barədə Rusiya region üzrə Daxili İşlər İdarəsi məlumat yayıb.

Hadisə 42 yaşlı zərərçəkənin evində baş verib. Məlumata görə, cütlük evdə istirahət edərkən kişi qonağa kompliment edib, lakin qadın bunu səmimi hesab etməyərək aqressiv hərəkətlərə başlayıb.

"Şübhəli kişi saçından tutaraq bir neçə dəfə üzünə əl ilə vurub, sonra isə mətbəx bıçağı ilə onun buduna zərbə endirib. Zərərçəkən onu itələsə də, qadın kişi üzərinə mop ilə də hücum edib", – məlumatda deyilir.

Kişi qaçaraq küçəyə çıxıb, hadisə yerindən keçənlər ona təcili tibbi yardım çağırmağa kömək ediblər. Xəstəxanada mütəxəssislər baş verənləri polisə bildiriblər.

Qadına qarşı qəsdən orta ağır zərər vurmaq maddəsi ilə cinayət işi açılıb, onun əlindən bıçaq və mop götürülüb.

Məhkəmə qadını 1 il 6 ay şərti həbs cəzasına məhkum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru