ABŞ-də məşhur aşpaz bir gündə üç bankı qarət etdi

Bu gün, 12:38           
ABŞ-də məşhur aşpaz bir gündə üç bankı qarət etdi
Məşhur kaliforniyalı aşpaz Valentino Luçin bir gündə üç bankı qarət etməkdə şübhəli bilinərək San-Fransiskoda həbs edilib.

Oxu.Az bu barədə "New York Post" qəzetinə istinadla xəbər verir.

Məlumata görə, İtaliyanın məşhur "Rose Pistola" restoranının keçmiş aşpazı 62 yaşlı Luçin sentyabrın 10-da hərəkətə keçmək qərarına gəlib. O, müxtəlif bank filiallarına girərək, kassirlərə pul verilməsinin tələb olunduğu kağızlar verib.

Polis şübhəlinin təsviri və cinayət üslubunun oxşarlığına əsaslanaraq, Luçinin şəhərin mərkəzi ərazisində daha iki qarət hadisəsi ilə əlaqəli olduğunu müəyyən edib. Tezliklə şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib.

Daha sonra aşpaz saxlanılaraq həbsxanaya yerləşdirilib. Keçmiş aşpaz hələ də həbsdədir və rəsmi ittihamları gözləyir.

Xatırladaq ki, Luçin 2018-ci ildə Orindada 18 min dolların oğurlandığı bankı qarət etdiyinə görə həbs edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru