Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 10%-dən çox artırılır
Bu gün, 10:12
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 9 milyard 184.8 milyon manatının və yaxud 23.9%-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10.3% çoxdur.
Əlavə dəyər vergisi üzrə daxilolmaların 4 milyard 434.8 milyon manatını və yaxud 48.3%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 750 milyon manatını və yaxud 51.7%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 18% az və 4% çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548.6 milyon manat olacağı gözlənilir.