Avtomobildə maskasız hərəkət edən şəxslər xüsusi texniki vasitələrlə müəyyən edilərək cərimələnir?

30-06-2020, 16:26           
Avtomobildə maskasız hərəkət edən şəxslər xüsusi texniki vasitələrlə müəyyən edilərək cərimələnir?
Bu günlərdə sosial şəbəkələrdə avtomobildə maskasız hərkət edən şəxsin xüsusi texniki vasitələrlə aşkarlanaraq cərimələnməsi ilə bağlı informasiya yayılıb.

Maraqlıdır, avtomobildəmaskasız hərəkət edən şəxslərin xüsusi texniki vasitələrlə müəyyənləşdirilərək cərimələnməsi ilə bağlı deyilənlər doğrudurmu? Ümumiyyətlə, qanun belə bir cərimələnməyə əsas verirmi?

Moderator.az-aaçıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik KamranƏliyev bu barədə deyilənlərin əsasız olduğunu qeyd etdi:

“Avtomobildə maskasız hərəkətedən şəxsin şəklinin kənardan xüsusi texniki vasitələrdən istifadə edilərək çəkilməsivə onun cərimlənməsi ilə bağlı yayılan xəbərlər əsassızdır. Sosial şəbəkələrdə yer alan məlumatdakı şəxsə cəriməni də dünən saat 18:21-də Bakı-Xırdalan şossesində inspektor yazıb. Yəni bu, elektron qərar deyil. Xüsusi texniki vasitənin köməyiilə yoxlanmayıb. Bu, konkret olaraq əməkdaş tərəfindən tərtib olunan protokoldur.

Karantin rejimi ilə bağlı kiminsə şəklini çəkib onu məsuliyyətə cəlb etmək qanunda yoxdur. Amma sərnişindaşınmasında istifadə olunan nəqliyyat vasitələrində maskadan mütləq şəkildə istifadə olunmalıdır. Istər sürücü, istərsə də sərnişinlər maskadan istifadə etmirsə, bu, artıq inzibati məsuliyyətə səbəb olan haldır. Buna görə də hər ikihərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb oluna bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.