Ali Məhkəmənin sabiq sədri HƏBS OLUNDU

24-01-2019, 08:39           
Ali Məhkəmənin sabiq sədri HƏBS OLUNDU
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri Yanq Sunq-te səlahiyyətlərindən sui istifadədə, məhkəmə proseslərinə təsir etməklə əvvəlki hökumətə lobbiçilik fəaliyyəti göstərməkdə təqsirli bilinərək həbs olunub.

Teref.az xəbər verir ki, Seul mərkəzi rayon məhkəməsinin sabiq sədrin həbsi üçün qərarı elan etməsindən dərhal sonra o, paytaxtdakı təcridxanaya gətirilib. Uzun illər məhkəmə-hüquq sistemindən çalışmış 71 yaşlı sabiq sədr 40-a yaxın cinayət işində şübhəli bilinir.

Bildirilir ki, 2011-2017-ci illərdə Ali Məhkəməyə rəhbərlik etmiş Yanq-Sunq-te impiçment yolu ilə ölkə prezidenti vəzifəsindən uzaqlaşdırılan və sonradan azadlıqdan məhrum edilən Pak Kın-he hökumətinin bir çox qanunsuz fəaliyyətinə dəstək verib. (Azərtac)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.