"KamAZ"-la 6 yaşlı uşağın üstündən keçən sərxoş sürücü saxlanılıb - FOTO - VİDEO

26-06-2019, 07:39           
"KamAZ"-la 6 yaşlı uşağın üstündən keçən sərxoş sürücü saxlanılıb - FOTO - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində azyaşlını avtomobillə vuran sürücü saxlanılıb.

APA-nın məlumatına görə, Müşfiq İsgəndərov idarə etdiyi "KamAZ" markalı yük maşını ilə 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlunu vurduqdan sonra ərazidən yayınmışdı.

Məlum olub ki, M.İsgəndərov idarə etdiyi avtomobillə azyaşlının üstündən keçdikdən sonra Ceyranbatan qəsəbəsinə gedib. Polis tərəfindən saxlanılan sürücü Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinə aparılıb və onun sərxoş olduğu üzə çıxıb. Sürücünün APA-ya verdiyi məlumata görə, uşağı avtomobillə vurduğunu hiss etmədiyindən hərəkətinə davam edib.

Hazırda faktla bağlı istintaq araşdırmaları aparılır.

***

Saat 20:31

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.


Belə ki, 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. Sürücü isə hadisə yerindən yayınıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.