Sabiq MTN rəhbəri Araz Əlizadənin Surət Hüseynovla görüşü barədə nə demişdi? - FOTO

22-11-2015, 12:37           
Sabiq MTN rəhbəri Araz Əlizadənin Surət Hüseynovla görüşü barədə nə demişdi? - FOTO

Təxminən 1990-cı ilin ortalarında artıq sabiq baş nazir Surət Hüseynov vəzifədən azad olunub Rusiyada qaçaq həyat sürdüyü vaxt ASDP sədri Araz Əlizadə Moskvada onunla görüşüb. Bu barədə o, əməkdaşımızla söhbətində məlumat verib.

“Bu, Surət Hüseynovla ikinci görüşüm idi. Onunla ilk dəfə 1994-cü ilin avqustun 28-də baş nazir olarkən görüşmüşük. Bir gün onun müavini, bizim partiyanın keçmiş üzvü Aypara Əliyev mənə zəng etdi ki, Surət müəllim sizinlə görüşmək istəyir. Məlum oldu ki, qadın sosinternin nümayəndələri Bakıya gəlir, o da baş nazir kimi onları qəbul etməlidir. Surət Hüseynov məndən soruşdu ki, sosintern nə deməkdir. Mən də ona izah etdim. Sonra da artıq o, vəzifədən gedib Rusiyada olarkən görüşdük. Həmin görüş barədə sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov televiziya ilə çıxışında demişdi ki, Moskva küçələrindən birində yerləşən binanın birinci mərtəbəsində Azərbaycan siyasi partiyalarından birinin lideri Surət Hüseynovla və Ayaz Mütəllibovla görüşüb. Mən də bəyan etdim ki, Namiq müəllimin, deyəsən, jurnalistika da yadından çıxıb. Əvvəla, bina Moskvada yerləşirsə, deməli, küçələrin birindədir. İkincisi, həmin mənzil birinci yox, üçüncü mərtəbədə yerləşir və mənim öz mənzilim olub. Üçüncüsü də, mən siyasətçiyəm və istədiyim adamla da görüşə bilərəm...


Yadımdadır ki, həmin vaxt mən Ayaz Mütəllibovla görüşəcəkdim. Sonra Ayaz müəllim xəbər verdi ki, Surət Hüseynov da görüşmək istəyir. Dedim, buyurun, bir yerdə bizə gəlin. Ancaq ASDP sədri eks-prezident və keçmiş baş nazirlə Moskvadakı söhbətlərinin mövzusu barədə ətraflı danışmadı:”Elə belə... Azərbaycanda nə var, nə yox?...”.


Görüşün dəqiq hansı tarixdə olması barədə sualımıza isə A.Əlizadə belə cavab verdi: ”Düzü, yadımda qalmayıb. Mənim üçün əhəmiyyətsiz bir görüş idi...”.
Hafta.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.