​Bakıda qalib gələn hər erməni idmançısına 50 min dollar veriləcək

27-05-2015, 22:53           
​Bakıda qalib gələn hər erməni idmançısına 50 min dollar veriləcək
Ermənistan MOK-un baş katibi Qraçya Rostomyan, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında erməni idmançılarının alacaqları mükafatların məbləğini açıqlayıb.
Azerisport.com bildirir ki, Avropa Oyunlarında qaliblər birinci yer üçün 50 min, ikinci yer üçün 30 min, üçüncü yer üçün isə 20 min dollar alacaqlar.
“Azərbaycan tərəfi bütün ölkələrin xərcini ödəsə də, Ermənistan MOK-un sədri Qagik Tsarukyan qəti şəkildə etiraz edərək erməni yığmasının bütün maliyyə məsələlərini öz üzərinə götürüb.
"Mən uşaqlıqdan Bakıya getməyi arzulayan erməni tanımıram. Bu, Avropa Olimpiya Komitəsinin yarışlarıdır. Ən mühüm idman yarışlarının birindən təcrid olmaq... Bizim idman icmamız bunu etməmək qərarına gəldi”, - Ermənistanın bayraqdarı olacaq Rostomyan bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.