Hansı hormon nə zaman yüksəlir?
26-04-2024, 10:58
Bədəndə müxtəlif vəzifə və funksiyaları olan bir çox hormon var. Bu hormonlar bəzi hallarda artır və təkrarlanır.Endorfin, xoşbəxtlik hormonu: Komediya filminə baxmaq, gülmək, rəqs etmək, xoşunuza gələn qoxunu iyləmək, ləzzətli bir yeməyin qoxusunu dərindən içinə çəkmək, idman etmək, şokolad yemək və ədviyyatlı yeməklər qəbul etmək bu hormonu artırır.
Serotonin: Gözəl gəzinti etmək, meditasiya etmək, yoqa etmək, günəşdən enerji almaq, süd məhsulları istehlak etmək müsbət təsir göstərir.
Adrenalin: Həyəcan və sürpriz halları zaman çoxalır.
Sevgi hormonu oksitosin: Ev heyvanını qucaqlamaq və ya onunla vaxt keçirmək, iltifat vermək və ya almaq bu hormonu artırır.4 xoşbəxtlik hormonundan biri olan dopaminin artmasına səbəb olan ən bariz vəziyyətlərdən biri də uğurlu olmaqdır.
Uğurlu olduğumuz zaman dopamin hormonumuz artır. Gün ərzində musiqi dinləmək də dopamin hormonunu artıran bir amildir. Həmçinin günəşli havada vaxt keçirmək də dopamin ifraz edir.