"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib - VİDEO

23-07-2017, 12:12           
"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib - VİDEO
"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"a qalib gəlib.
"Report" xəbər verir ki, görüş Amerikanın İst-Ruterford şəhərində baş tutub və görüş kataloniyalıların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Matçı stadionda 82 min 104 tamaşaçı izləyib.
Oyunun 15-ci dəqiqəsində Neymar ispan komandasını hesabda irəli çıxarıb, birinci hissənin ortalarında isə braziliyalı hücumçu dublunu rəsmiləşdirib.
"Yuventus"un müdafiəçisi Corco Kyellini 62-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb, lakin turinlilər bundan artığına nail ola bilməyiblər.
Turnirin növbəti oyununda "Barselona" "Mançester Yunayted"lə, "Yuventus" PSJ ilə qarşılaşacaq. Hər iki oyun iyulun 27-də keçiriləcək.
Beynəlxalq Çempionlar Kuboku
"Barselona" – "Yuventus" - 2:1
1:0 – Neymar – 15, 2:0 – Neymar – 26, 2:1 – Kyellini – 63
[media=https://www.youtube.com/watch?v=sHvV206dqTc#action=share]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.