Universitet tələbəsi 4-cü mərtəbədən yıxıldı - Azərbaycanda

9-12-2019, 10:20           
Universitet tələbəsi 4-cü mərtəbədən yıxıldı - Azərbaycanda
Lənkəranda gənc qız binanın 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq xəsarət alıb.

Teref.az-ın xəbərinə görə, hadisə dekabrın 7-də rayonun P.Təhməzov küçəsi, bina 4-də baş verib.

Belə ki, rayonun Şağlaküçə kənd sakini, 2001-ci il təvəllüdlü, Lənkəran Dövlət Universitetinin I kurs tələbəsi Qönçə Əbilzadə babasının evində olarkən həmin mənzilin pəncərəsindən yıxılaraq xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əbilzadənin reanimasiya şöbəsində stasionar müalicəsi davam etdirilir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru