Bakıda daha 2 qadın faciəvi şəkildə öldü

11-12-2019, 10:53           
Bakıda daha 2 qadın faciəvi şəkildə öldü
Bakıda 2 qadın maşın vurması nəticəsində ölüb.

Publika.az xəbər verir ki, Binəqədi rayonu ərazisində - Gənclər şəhərciyinin yaxınlığında Adil Məmmədov adlı şəxs idarə etdiyi “Crysler” markalı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Tamella Fərhadovanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.

Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Maştağa qəsəbəsi ərazisində Ağarəfi Mahmudov idarə etdiyi “Vaz 2107” markalı avtomobillə 1955-ci il təvəllüdlü Həlimə Mustafayevanı vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru