TRAMP, PUTİN VƏ ƏRDOĞAN ARASINDA ZİRVƏ GÖRÜŞÜ GÖZLƏNİLİR –Helsinkidəki gizli qeydlərin təsiri üzə çıxır

17-01-2019, 10:41           
TRAMP, PUTİN VƏ ƏRDOĞAN ARASINDA ZİRVƏ GÖRÜŞÜ GÖZLƏNİLİR –Helsinkidəki gizli qeydlərin təsiri üzə çıxır
Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 15 yanvar 2019-cu il

Milli təhlükəsizlik sahəsində son dərəcə təcrübəli və bu üçlü zirvə görüşünün keçirilməsi ehtimalını uzun müddətdir mənə anlatmaqda olan xəbər qaynağım bazar günü erkən saatlarda zəng edərək, “Bugünkü “The Washington Post”qəzetini gördünmü?” deyərək, sual etdi.

“Manşetdən verilən xəbəri nəzərdə tutursan?” deyərək, soruşdum.

“Bəli” dedikdən sonra, “Bu xəbər Ərdoğan, Putin və Tramp arasında bölgəyə dair bir üçlü zirvə toplantısı keçirilməsi hazırlığının sürətləndiyini də göstərir” söylədi.
Helsinki zirvəsindəki gizli qeydlər

Nələrin olduğunu dəqiq izah edə bilmək üçün hadisələrin qısa tarixini anlatmam lazımdır.

İllərin təcrübəsi ilə danışan bu qaynağım Trampla Putin arasında Suriya ilə, xüsusilə Fəratın şərqindəki nizamla bağlı gizli bir anlaşmanın formalaşmış olduğunu söyləyir.

Mən bunu dəfələrlə, – diplomat və kəşfiyyatçıların gizli görüşləri haqqında ad və tarixlər verməklə, – yazmışdım.

Qaynağımın bəhs etdiyi qəzet xəbərində bu gizli anlaşmanın müzakirə edildiyi ötənilki Helsinki zirvəsində qapalı qapılar arxasında gedən danışıqların tutulan qeydlərini Prezident Trampın heç bir yaxın adamına belə göstərmədiyi yazılmışdı.

Orada Türkiyə və Fəratın şərqi müzakirə edilib

Helsinkidə qapalı qapılar arxasında müzakirə edilən İsrail deyil, Türkiyə və Suriyadakı kürdlər məsələsi idi. İsrail də müzakirə edilib, lakin əsas müzakirə mövzusu Fəratın şərqi və Türkiyə olub.

İki lider bölgəyə hüzur və sülh gətirmə ehtimalı olan, Türkiyənin də qəbul edəcəyi bir planı müzakirə edib və bununla bağlı ilkin razılıq əldə olunub.

Tramp buna güvənərək Suriyadan çıxır

Bax, Tramp buna güvənərək, yenə heç bir qurumdan fikir almadan, Milli təhlükəsizlik müşavirini belə təəccübləndirərək, hərbçilərin Suriyadan geri çəkilməsi haqqında qərar verə bildi.

Çünki bilirdi ki, Rusiya ilə əldə etdiyi ilkin anlaşmaya Türkiyənin də razılıq verməsi halında, ABŞ-ın Suriyadan çəkilməsi bölgəyə yeni nizam gətirəcək bir addımın parçası olacaq.

Xəbər qaynağım, hələlik rəsmiləşməmiş olsa da, bu ilin sonuna doğru Türkiyə, ABŞ və Rusiya liderləri arasında böyük bir zirvə görüşünün ola biləcəyinin duyulmağa başlandığını söyləyir.

Vaşinqtonda Prezident Ərdoğanın məhz bu üzdən Boltonun söylədiklərinə cavab olaraq “Böyük səhv edir” dediyini düşünürlər.

Burada mənə deyilənə görə, bu böyük üçlü zirvə görüşündə bölgə kürdləri haqqında əhatəli müzakirələr də olacaq və PKK məsələsi də masaya yatırılaraq, Türkiyənin razılıq verəcəyi bir prosesin önünün açılmasına çalışılacaq.

Bunları mənə anladan amerikalı mənbə, bu proseslə nəticəsi Lozanna Müqaviləsindən belə daha önəmli olacaq bir yola girilməsi ehtimalı olduğunu söyləyir.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.