Hökumətə əsas mesajımız özəl olaraq çatdırılır- ABŞ SƏFİRİ İNSAN HÜQUQLARININ DURUMU İLƏ BAĞLI SUALI CAVABLANDIRIR

20-11-2019, 00:10           
Hökumətə əsas mesajımız özəl olaraq çatdırılır- ABŞ SƏFİRİ İNSAN HÜQUQLARININ DURUMU İLƏ BAĞLI SUALI CAVABLANDIRIR
“ABŞ, müstəqil, suveren, güclü Azərbaycanı dəstəkləyir. Hesab edirik ki, Konstitusiyada bəqərar olan dəyərlərə hörmət gsötərilməsi Azərbaycanı daha da gücləndirər”.

Gununsesi.org xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer saytımızın baş redaktoru Pərviz Həşimlinin bununla bağlı sualını cavablandırarkən bildirib.

“Azərbaycanda siyasi azadlıqlarla bağlı problemlərə Vaşinqtonun münasibətinin dəyişmədiyini ifadə edən diplomat, bu istiqamətdə hökumət və vətəndaş cəmiyyəti ilə dialoqu davam etdirdiklərini qeyd edib: “Bizim sərbəst toplaşma azadlığının pozulmasını ifadə edən bəyanatımız oldu. Biz vaxtı çatanda belə problemlərə münasibətimizi ifadə edirik. Amma istəyirəm ictimaiyyət bilsin ki, bizim hökumətə əsas mesajlarımız özəl olaraq çatdırlır. Biz rəsmilərə bildirirk ki, ölkədə qanunların aliliyinin təmin olunması Azərbaycanın beynəlxalq imcininin yaxşılaşdırılması, xüsusən xarici sərmayələrin cəlb olunması üçün mühüm amildir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.