Ərdoğan Trampla danışdı: Qərar verildi

7-11-2019, 00:48           
Ərdoğan Trampla danışdı: Qərar verildi
ABŞ Prezidenti Donald Tramp və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti baş tutub.

Axar.az xəbər verir ki, liderlər ikitərəfli əlaqələrlə yanaşı, regional məsələləri də müzakirə ediblər.

Dövlət başçıları noyabrın 13-də Vaşinqtonda görüşlə bağlı razılığa gəliblər.

Görüş təklifinin Trampdan gəldiyi bildirilib.

Qeyd edək ki, Tramp bu təklifi ötən ay səsləndirmişdi, ancaq Nümayəndələr Palatasının qondarma erməni soyqırımı qətnaməsi və Türkiyəyə sanksiya tətbiqinə imkan verən qanun layihəsini qəbul etməsindən sonra Ərdoğanın ABŞ-a səfəri sual altına düşmüşdü.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.