Gündə neçə fincan qəhvə içə bilərik?

29-03-2019, 00:06           
Gündə neçə fincan qəhvə içə bilərik?
Çoxumuz günə onunla başlayırıq. Bir fincan qəhvə içməmiş ayılmır, özümüzə gələ bilmirik. Bunun isə elmi bir səbəbi var: Kafein enerji verir və ürəyə xeyirdir.

Axşam.az xəbər verir ki, bunu Düsseldorf Universitetinin qəhvə üzrə təcrübə aparan mütəxəssisləri iddia edir.

Etdikləri araşdırmanın nəticəsi olaraq qəhvənin ürək damarlarına uyğun olduğunu, hətta çox fayda verəcəyini deyirlər. Çəki problemi yaşayanlar və diabet ilə mübarizə aparanlara da qəhvə içməkləri tövsiyyə olunur.

Bəs gün ərzində nə qədər qəhvə içmək olar? Mütəxəssislər deyir ki, gündə 4-6 fincan qəhvə içmək idealdır. Əgər 4 dəfədən az qəhvə içirsinizsə, bunu artırmalısınız.

Səhər oyananda, ofisdə, iclasda və axşam yeməyindən sonra tapdığınız hər fürsətdə qəhvə fincanlarını qucaqlaya bilərsiniz.

Qəhvəylə aranız yaxşı deyilsə, o zaman çarəniz yaşıl çaydır. Mütəxəssislər bildirir ki, yaşıl çay da içərisindəki kafeinə görə “qəhvə missiyası”nı həyata keçirə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.