Runi yazılarının kökü - Tariyel Azerturk yazır....

5-08-2019, 10:29           
Runi yazılarının kökü - Tariyel Azerturk yazır....
Tamasa Rzayeva: “Onda Orxon Yenisey abidesi de batıdan doğuya köc edenlerin adı ile bağlıdır deyilmi?”

Çox yaxşı sualdır, Tamaşa Xanım.

Ümumiyyətlə, Altayda, Sibirdə, Sarıçay hövzəsində, Sayanda, lap Türküstanda (indiki Uyğurstanla Orta Asiya torpaqlarında) türkün yaranması və ilkin olaraq oralardan dünyaya səpələnməsi - tam əfsanədir. Bu səmtdə Türk yaransaydı, onun dərin köklərindən dərin də izlər qalardı. Ən böyük izlər dediyimiz Orxon-Yenisey runi yazılarıdır. Onlara da bizim eranın 5-8-ci əsrlərindən bu yana yaş verən yoxdur. Ha özünü öldür, elmdə atamanlıq edən və bir-birinin sözünü tutan avrosentristlərin, indo-iranistlərin Türk barədəki fikirlərini 6-7-ci əsrlərdən bu yana aşırmaq olmur. Məhz bu boyda yazı şərəfinə də TÜRKÜ Altayda doğulmuş və həm də 5-7-ci əsrlərdə yaranmış hesab edirlər.

İndi bu yerlərdə tapılan bəzi daha qədim Türk izlərinə də könülsüz yanaşırlar. Hətta hun türklərin 4 min il qabaq çin məxəzlərində çəkilən adları, çin dilinə verdikləri türkizmlər belə onları qane etmir.

Və deyirlər: Buyur, Türk, harda əski ayaq izlərin var, göstər, “biz sənin dalınca gedək və deyək, sən Altayda deyil, Azərbaycanda, Kiçik Asiyada (Türkiyədə), Zaqros dağ ətəklərində (İran), Urmiyada, Kür-Araz İkiçayarasında (mən onu Azərbaycan Mesopotamiyası adlandırıram), lap Dunayda, Pireneydə (Portuqaliya, İspaniya) doğulduğuna URA! deyək”. Ura deyən deyillər, mən, ümumi situasiyaya etyüd çəkirəm.

Deyə bilmirdik, deyənimiz yox idi. Deyə bilmədiyimizdən, "Altay nəzəriyyəsi" yeganə nəzəriyyə kimi yaşayırdı, indi də yaşayır. Və Çar Rusiyası və rus Sovet təzyiqi də kökümüzü Altaydan başqa ayrı alternativ yerdə axtarmağa qoymurdu. Bu barədə bircə kəlmə deyənləri də MK-nın göstərişi ilə “şanlı baş tarixçi” İqrar Əliyev ana-bacı söyüşü ilə susdururdu.

Azərbaycan alimləri - Əlövsət Sumbatzadə, İqrar Əliyev, Püstə Əzizbəyova, Ziya Bünyadov, az-maz adlı-sanlı digər tarixçilərimiz çar və kommunist Rusiyasının bayraq etdiyi bu ideyanın (bizi buralardan ilim-ilim itirmək üçün) qatı tərfdarları kimi çıxış edib, türklüyü aşağılamaqla özlərinə gözəl karyerlər qurdular. Onların içərisində Yusif Yusifov fərqlənirdi, yəhudi mənşəli rusdilli bir tarixçi var idi - Yampolski - bizim qədimlik tariximizin əmsalına bəzən müəyyən rəqəmlər atırdı, yəni bəzən xeyrimizə cikkildəyirdi, onları da adlarını dediyim özümüzünkülər boğurdular.

1970-ci illərin lap əvvəllərində mənşəəcə udin olan bir alim var idi - Voroşil Qukasyan - o cavan idi, doktorluğu deyəsən Moskvada müdafiə eləyib Vətəninə gəlmişdi. O, Türk dilinin Şumerə söykəndiyi ideyasından yazırdı. O zaman Heydər Əliyev təzə katib gələn kimi, ona Akademiyanın Dilçilik İnstitutunda “ƏN QƏDİM TÜRK DİLİ TARİXİ Şöbəsi” açdı.
Sevincimizin - hər halda mənim - həddi-hüdudu yox idi. Getdim yanına, tanış idik, onun bu cür inqilabi addımlarını alqışladım, laboratoriyasın təbrik elədim, uğurlar arzuladım. Qəzetlər Türk dilini MK səviyyəsində rəsmi surətdə qədimliyə endirənə (görünməmiş hadisəydi) bir hey alxşılar yağdırırdılar. Yazanların heç birinin dərdi deyildi Türk dilinin qədimliyi, hər kəs bir vamınan özünün varlığını MK katibinə xatırladırdı.

Qukasyan öz soyadını gizlədib VOROŞİL adı ilə yazırdı yazıların ki, düşmənləri də bizimkiləri də qıcıqlandırmasın - “~yan” hara, Türk dilinin qədimliyi hara?!

Türklyü sevməyən yuxarıda dediklərim Voroşilin onlara "göstərdiyi dirsəyə" heç bircə il dözəmmədilər: “Biz deyirik həmnən-həmə, bu udin deyir damnan-dama!”. Bəli, heç bircə il də çəkmədi, H.Əliyevə Akademiyadan gedən donoslarla, Moskva vasitəsilə etdirdikləri təzyiqlərlə (necə yəni Türk dili qədimdir? kinayəsi altında) onu razı saldırıb, laboratoriyanı bağlatdırdılar. Nə Türk, nə Qədim DİL? Voroşilin başına at təpiyi dəyibmi?

Yazıq pəhləvan cüssəli Voroşil stressdən aldığı ağır xərçəng zərbəsi ilə bircə ilin içində əridi, buxarlandı. O zaman fikir verdim, bir il qabaq belə bir şöbəni açdıranın ünvanına göylərdən çiçək dəstəsi səpdirən jurnalistılərin, alimlərin heç biri QƏDİM TÜRK DİLİ ŞÖBƏSİNİN faciəsinə ağlamdı. Bircə damla göz yaşı ilə qəzetlərini, masalarını islatmadılar.

SSRİ-də və Azərbaycanda TÜRK mühiti belə idi, Xanım.
Bu dövrlrərdə Firidun Cəlilov adlı özünnəndeyən, yəni Koroğlunun, deyək Dəmirçioğlu kimi bir igidi yetişirdi.
Professor Firidun Cəlilov gözüaçıq idi. Sən demə, lap Sovet dövrünün türkü qızğın qamçılayan vaxtından o, Türkün Tarixöncəki dövrlərindən bu gününə qədərki tarixini sətirbəsətir araşdırmağa başalayıbmış. Və yaxşı ki, Voroşil kimi şöbə davası etməyib deyirəm bu vaxtlar. Min zillətlə bir-bir topladıqlarını, dediyinə görə, 9 BİTİK (9 Kitab) qüdsal əsərlərində toplayıb. Onları da uzun illər çap etdirməyə imkan olmadı. Dediyim mövcud mühit buna imklan vermirdi, bu bir.

İkincisi, təsəvvür edirsinizmi, vaxtilə Az. Təhsil naziri işləmiş adam pul tapa bilmir ki, kitablarını çap elətdirsin. Niyə? Çünki təmizdir. halal adamdır, və üzürlər, az qala acından ölən Prezident Əbülfəz Elçibəyin dövründə nazir olmuşdu.
Sovet dövründə və ya indiki dövrdə bu kürsünü tutsaydı, bəli, Quş adasında da, qohumumuz Tur Heyerdalın sağlığında yaşadığı Kanarya adalarında da özünə imarət tikdirəcəkdi o da. Qoy lap bir il nazir işləsin. Kitab çapı nəmənə işdi ki?..

İndi o, "Urmi nəzəriyyəsi" dediyi nəzəriyyə ilə Türkü Altaydan qoparıb Azərbaycana gətirir. Min illərlə bu ideya yox idi. Min il ərzində ilk dəfə peyda olan bu nəzəriyyə, özünüz deyin, neçə ilə dünya ictimai şüuruna oturacaq? Yəni dünya ensiklopediyaları muştuluq verə-verə yazacaqlar ki,

TÜRK-ALTAY NƏZƏRİYYƏSİ PUÇDUR – TÜRK ÜÇÜN Prof. Cəlilovun yeni URMİ-TÜRK NƏZƏRİYYƏSİ gerçək!

Sabah qəbul olunsa, Cəlilova keçmiş Kirovun heykəlinin yerində abidə ucaltmaq olar. Bir dəfə, Cəlilov demişdi:
Nə deyirik, qoy prezident İlham Əliyev torpaqlarımızı qırtı düşməndən azad eləsin, ona hər yerdə abidə ucaldarıq.

Mən də Sovet dövründən Türkün tarixini axtarmaqdayam. Dediyim tarixçilərin əsərlərini, Türkoloq jurnalının bütün səhifələrini ələk-vələk eləyirdim. 50 ildi axtarışdaydım. Görürdüm ki, bütün ətraf xalqlardakı maddi-mədəni, mənəvi mövcudluq Azərbaycandan getməyə oxşayır. Əgər mən dünəninkiyəmsə, bu qədim xalqların atributlarındakı bu qədər oxşarlıqlar haradan? Bu suallar məni "Şumer" dedikləri sivil dünyasına gətirdi.

Mən də sübut edirəm ki, TÜRKÜN ən böyük yazılı izləri, qəbaləsi Babilistanda hazırlanmış gil lövhələrdədir. F.Cəlilovun indiki İranda göstərdiyi ərazidədir - Urmidən cənubda. Məndə də, o Luirstan qayasəthi TÜRKDİLLİ yazısı ilə tam təsdiq olunur. Bütün bunları isbat üçün 3 dildə dərc olunmuş 5000 səhifəlik əsərlərim var. Elə 9 Bitik qədərdir, bəlkə daha çox. Amma Cəlilov üçün verdiyim problematik sualla mən özüm də, yaradıcılığım da, tapıntılarım da üz-üzədir:

Türkü bir etnos kimi Babli mədəniyyətinin sahibi kimi qəbul edərmi dünya istimai şüuru? Heç vaxt. Onsuz da dünyanın zəkalı alimləri bilirlər ki, HƏQİQƏT mən deyən kimidir - Bablisitan yazılı sivil dünyanın ilkin yaradıcısı Türkdür. Ancaq ukkus (müdrik) milyarder Rokfeller demişgən, Bu boyda sivilizasiyanı türkə verməkmi olar? Biz onu bürüb-büküb gizli bir sandığa qoymuşuq. Təqribən belə deyib dünya siyasətin fırladan masson.
(Kimdə varsa onun deyimi, xahiş edirəm mənə də göndərsin. Onu axtarıram, Özüm oxuyanda əhəmiyyət verməməyimə indi peşmanam).

Bu qədər geniş ekskursdan sonra, indi sualınızın cavabı, Tamaşa Xanım:

Bəli, Türk Orxon-Yenisey runi yazılarının, prof. Cəlilovun da təsdiq etdiyi kimi, Pelasq türk-etrusk-latın əlifbaları ilə gerçək genetik bağlığı var. Məndə də - kitabda bu qohumluq müqayisəli cədvəllə göstərilir. Deməli, runi yazısını həm Aralıq dənizi Turanından gələn, həm İtali`dən (Apennin yarımadasından) eramızdan əvvəlin 250-ci illərində qovulduqlarından vaxtilə Turannan getmiş və qədim vətənləri zəbt olunduğundan bu dəfə qayıdıb birbaşa Altaya gələn türklər gətiriblər. Hələ qardaşım Həmzə Vəlioğlunun dağdan dalında endirib Bakıya gətirdiyi və oxuya bildiyi Qarqa Daşındakı daşda da ilkin izləri var Apennin-Orxon səmtindəki miqrasiyanın. Cəlilovun da bu daş barədə məlumatı çoxdur.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.