Bu ölkələrin əhalisi həkim üçün başqa ölkələrə getmir: Azərbaycan sırada yoxdur - CƏDVƏL

26-11-2019, 18:44           
Bu ölkələrin əhalisi həkim üçün başqa ölkələrə getmir: Azərbaycan sırada yoxdur - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yaxşı işləyən bir səhiyyə sistemi davamlı maliyyələşdirmə mexanizmi, düzgün təlim görmüş və adekvat maaşlı işçi qüvvəsi və yaxşı vəziyyətdə olan müəssisələr tələb edir.

Bunlar səhiyyə sisteminin yaxşı işləməsi üçün vacib şərtlərdir. Səhiyyə xidmətindən istifadə təməl haqlardan biridir. Keyfiyyətli tibbi xidmətin olmaması aşağı keyfiyyətli həyat səviyyəsinə və ömrün azalmasına gətirib çıxara bilər.

Bəs səhiyyə xidmətinin keyfiyyəti necə müəyyənləşdirilir?

Məlumdur ki, hər ölkədə səhiyyənin səviyyəsi bir neçə faktorla müəyyənləşir. Bunlara qayğı prosesi (profilaktik qayğı tədbirləri, etibarlı qulluq, əlaqələndirilmiş qayğı və xəstə seçimləri), giriş (əlverişli və vaxtında olmalıdır), inzibati səmərəlilik, nəticələr və s. daxildir.

Cebhe.info xəbər verir ki, Birlik Fondu bu göstəricilərdən istifadə edərək səhiyyə keyfiyyətlərinə görə ölkələrin sıralamasını araşdırıb. Ən ön sırada dayanan ölkələr İngiltərə, Avstraliya və Hollandiyadır. Tibbi xidmətlərə çıxış və keyfiyyət (HAQ) indeksi səhiyyə sisteminin səviyyəsini 0- 100 bal arası şkala ilə qiymətləndirir. Dünyanın ən yaxşı səhiyyə sisteminə sahib olan ölkələrdə bu göstərici 90-96.1 bal arasında dəyişir. Hollandiya burada ilk sırada dayanır. Legatum İnstitutunun Rifah İndeksi səhiyyə də daxil olmaqla bir neçə fərqli kateqoriyada 149 ölkəni sıralayıb. Bu hesabatda sağlamlıq infrastrukturu, əsas əqli və fiziki sağlamlıq, profilaktik müalicənin mövcudluğu nəzərdən keçirilib.

Ən son hesabata əsasən, bu ölkələrdə ən yaxşı səhiyyə xidmətinin olduğu təsbit edilib:

Kanada, Qətər, Fransa, Norveç, Yeni Zelandiya, Almaniya, Honq-Konq, Hollandiya, İsveçrə, Sinqapur, Lüksemburq, Yaponiya, İsveç. Məsələn, İsveçrənin səhiyyə sistemi olduqca universaldır və bildirək ki, İsveçrədə yaşayan bütün insanlar üçün tibbi sığorta tələb olunur. Digər Avropa ölkələrindən fərqli olaraq, İsveçrədə səhiyyə xidmətləri vergi əsaslı deyil və ya işəgötürənlər tərəfindən maliyyələşdirilmir,bu şəxslərin İsveçrə səhiyyə proqramına verdikləri töhfələr əsasında ödənilir. Dövlət tərəfindən pulsuz tibbi xidmətlər mövcud deyil, lakin əsas tibbi sığorta təminatı ambulator müayinə, təcili müayinə, reseptlər, peyvəndlər, əməliyyatdan sonrakı rehabilitasiya və sair də daxil olmaqla səhiyyə xərclərinin 80-90% -ni əhatə edir. Həmçinin Finlandiyanın səhiyyə sisteminin də dünyanın ən yaxşı sistemlərindən biri olduğuna inanılır. O, dövlət tərəfindən maliyyələşdirilir. Bələdiyyələr sakinlərinə tibbi xidmət təklif edir. Maliyyələşdirmə iki mənbəyə əsaslanır: ilkin tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunan vergiyə əsaslanan bələdiyyə vəsaiti və məcburi ödənişlər ilə maliyyələşdirilən Milli Tibbi Sığortaya (NHI). Avropa Komissiyasının sorğusunda finlandiyalı respondentlərin 88% -i sağlamlıqlarından məmnun olduqlarını bildirdi. Səhiyyə sisteminin yüksək səviyyədə olduğunu göstərmək üçün araşdırma bir neçə istiqamətdə aparılmalıdır. Burada təbii olaraq əhalinin sayı da mühüm rol oynayır.

Cebhe.info əhalisinə görə dünyanın ən yaxşı səhiyyə sistemi olan ölkələrin siyahısını təqdim edir.

Qeyd edək ki, bunlar 2019-cu ilin göstəriciləridir. Qrafikdən də göründüyü kimi, İran səhiyyə sistemi inkişaf səviyyəsinə görə 93-cü yerdə dayanır. Əgər Azərbaycan vətəndaşları inkişaf etmiş tibb xidməti kimi İrana üz tutursa, o halda Azərbaycan səhiyyəsinin yüksək göstəriciləri barədə danışmaq ümumiyyətlə, mümkün deyil. Çünki Azərbaycan səhiyyə sisteminin səviyyəsi heç qrafikə daxil edilməyib.

Country Healthcare Rank Population 2019
France 1 65,129,728
Italy 2 60,550,075
San Marino 3 33,860
Andorra 4 77,142
Malta 5 440,372
Singapore 6 5,804,337
Spain 7 46,736,776
Oman 8 4,974,986
Austria 9 8,955,102
Japan 10 126,860,301
Norway 11 5,378,857
Portugal 12 10,226,187
Monaco 13 38,964
Greece 14 10,473,455
Iceland 15 339,031
Luxembourg 16 615,729
Netherlands 17 17,097,130
United Kingdom 18 67,530,172
Ireland 19 4,882,495
Switzerland 20 8,591,365
Belgium 21 11,539,328
Colombia 22 50,339,443
Sweden 23 10,036,379
Cyprus 24 1,198,575
Germany 25 83,517,045
Saudi Arabia 26 34,268,528
United Arab Emirates 27 9,770,529
Israel 28 8,519,377
Morocco 29 36,471,769
Canada 30 37,411,047
Finland 31 5,532,156
Australia 32 25,203,198
Chile 33 18,952,038
Denmark 34 5,771,876
Dominica 35 71,808
Costa Rica 36 5,047,561
United States 37 329,064,917
Slovenia 38 2,078,654
Cuba 39 11,333,483
Brunei 40 433,285
New Zealand 41 4,783,063
Bahrain 42 1,641,172
Croatia 43 4,130,304
Qatar 44 2,832,067
Kuwait 45 4,207,083
Barbados 46 287,025
Thailand 47 69,625,582
Czech Republic 48 10,689,209
Malaysia 49 31,949,777
Poland 50 37,887,768
Dominican Republic 51 10,738,958
Tunisia 52 11,694,719
Jamaica 53 2,948,279
Venezuela 54 28,515,829
Albania 55 2,880,917
Seychelles 56 97,739
Paraguay 57 7,044,636
South Korea 58 51,225,308
Senegal 59 16,296,364
Philippines 60 108,116,615
Mexico 61 127,575,529
Slovakia 62 5,457,013
Egypt 63 100,388,073
Kazakhstan 64 18,551,427
Uruguay 65 3,461,734
Hungary 66 9,684,679
Trinidad And Tobago 67 1,394,973
Saint Lucia 68 182,790
Belize 69 390,353
Turkey 70 83,429,615
Nicaragua 71 6,545,502
Belarus 72 9,452,411
Lithuania 73 2,759,627
Saint Vincent And The Grenadines 74 110,589
Argentina 75 44,780,677
Sri Lanka 76 21,323,733
Estonia 77 1,325,648
Guatemala 78 17,581,472
Ukraine 79 43,993,638
Solomon Islands 80 669,823
Algeria 81 43,053,054
Palau 82 18,008
Jordan 83 10,101,694
Mauritius 84 1,269,668
Grenada 85 112,003
Antigua And Barbuda 86 97,118
Libya 87 6,777,452
Bangladesh 88 163,046,161
Bosnia And Herzegovina 90 3,301,000
Lebanon 91 6,855,713
Indonesia 92 270,625,568
Iran 93 82,913,906
Bahamas 94 389,482
Panama 95 4,246,439
Fiji 96 889,953
Benin 97 11,801,151
Nauru 98 10,756
Romania 99 19,364,557
Saint Kitts And Nevis 100 52,823
Səyad Həsənli
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.