Son onilliyin ən uğursuz texnoloji həlləri - SİYAHI

25-12-2019, 09:05           
Son onilliyin ən uğursuz texnoloji həlləri - SİYAHI
“The Verge” nəşri son onilliyin ən uğursuz texnoloji həllərinin reytinqini tərtib edib. “Samsung Galaxy Note 7” smartfonu ən uğursuz həll adlandırılıb.

Teref.az “ICTnews”a istinadən xəbər verir ki, jurnalistlər bildiriblər ki, 2016-cı ilin qabaqcıl cihazı alışma ilə bağlı xəbərlər yayılmazdan öncə bazarda ən yaxşı smartfonlardan biri adlandırılırdı. Sözügedən smartfonun təqdimatından bir ay sonra ən azı 35 alışma hadisəsi qeydə alınıb. Nəticədə “Samsung” şirkəti akkumulyatorda problem olduğunu etiraf edərək bütün “Galaxy Note 7” partiyasını geri çağırmalı olmuşdu.

İlk onluğa Cənubi Koreya şirkətinin aparatından başqa, “Windows Phone” platforması, “Google Glass” eynəyi, “Amazon Fire” telefonu, 3D ekranlı televizorlar, “Google Hangouts” ani mesajlaşma proqram təminatı və aktual “MacBook” noutbuklarının problemli klaviaturası daxil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.