Yoldaşının köhnə "iPod"unu qızına verdi - AİLƏSİ DAĞILDI

5-09-2020, 06:19           
Yoldaşının köhnə "iPod"unu qızına verdi - AİLƏSİ DAĞILDI
"Reddit" istifadəçisi təsadüfən həyat yoldaşının sirrinin üstünü açdığı barədə paylaşım edib.

BİG.AZ-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, o, qızının kompüteri xarab olduğu üçün yoldaşının köhnə "iPod"unu ona verməli olub.

Lakin qız anasının "WhatsApp" və "Facebook"dakı köhnə mesajlarını aşkarlayaraq, onun 4 il öncə atasına xəyanət etdiyi barədə öyrənib.

Məlum olub ki, qadın 4 ay ərzində gənc iş yoldaşıyla eşq yaşayıb və münasibətləri barədə öz rəfiqəsi ilə yazışıb.

Qadın bu münasibətləri bitirmək istədiyini, hətta işdən getmək istədiyini rəfiqəsinə danışıb. Rəfiqəsi yoldaşına həqiqəti deməyi məsləhət görsə də, qadın ailəsinin dağılmasından qorxaraq hər şeyi gizli saxlayıb.

Qızı bunları bilən kimi göz yaşı içində atasına zəng edib. Anası işdən qayıdarkən ailəsinin narahat olduğunu görüb. Aralarında açıq söhbət baş tutub və o, hər şeyi boynuna alaraq üzr istəyib.

Lakin kişi qızıyla birlikdə evi tərk edib və artıq bir neçə gündür, oteldə qalır.

Paylaşımın müəllifi daim ağladığını və nə etməli olduğunu bilmədiyini deyib. O, forum istifadəçilərindən bundan sonra hansı addımı atacağı barədə məsləhət istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.